...

DİN: "BMW"nin dərəyə aşırılması ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 12 May 2020 14:54 (UTC +04:00)
Sosial şəbəkələrdə Bakıda "BMW" markalı avtomobilin dərəyə aşırılması ilə bağlı videogörüntü barədə araşdırma aparılıb.
DİN:  "BMW"nin dərəyə aşırılması ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkələrdə Bakıda "BMW" markalı avtomobilin dərəyə aşırılması ilə bağlı videogörüntü barədə araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Trend-ə bildirib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus BMW markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib.

Z.Babayev qeyd edib ki, Elnur həmin avtomobili almaq məqsədilə yoxlatmaq üçün ondan alsa da, sonra qaytarmayıb: "Zamin Babayev qeyd edib ki, Elnur Abbasovla dəfələrlə telefonla danışsa da, qarşı tərəf pul axtardığını bəhanə edərək məsələdən yayınıb. Mayın 11-də Elnur Abbasov Zamin Babayevə məxsus avtomobili dərədən yuvarlayıb”.

E.Zahidov qeyd edib ki, Suraxanı rayon Polis İdarəsində daxil olan məlumat əsasında araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

E. Abbasovun kriminal aləmlə əlaqəli şəxs olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti