...

Zaqatala hərbi prokuroru vəzifəsindən azad edildi

Hadisə Materials 19 May 2020 12:03 (UTC +04:00)
Zaqatala hərbi prokuroru vəzifəsindən azad edildi

Bakı. Samir Əli - Trend:

Zaqatala rayon hərbi prokuroru vəzifəsindən azad olunub.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Baş prokurorun əmri ilə Zaqatala rayon hərbi prokuroru Mustafa Əsgərov tutduğu vəzifədən azad edilib.

Zaqatala hərbi prokuroru vəzifəsi müvəqqəti olaraq hərbi prokurorun müavini Surxay Hüseynova həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti