...

Mingəçevirdə arvadını qohumunun evində öldürən şəxsin məhkəməsi başlayır

Hadisə Materials 3 Sentyabr 2020 11:01 (UTC +04:00)
Mingəçevirdə arvadını qohumunun evində öldürən şəxsin məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə qətl törədən şəxsin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, hadisə mayın 20-də Mingəçevir şəhərində baş verib.

1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

E.İsayev Mingəçevir şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur İsayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işinin istintaqı yekunlaşaraq Şəki Ağır Cinayətlət Məhkəməsin göndərilib və iş üzrə ilkin məhkəmə prosesi sentyabrın 17-sinə təyin edilib. Prosesə hakim Nahid Mirzəyev sədrlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti