...

Ağdaşda karantin qaydalarını pozan çay evi aşkar olunub

Hadisə Materials 14 Dekabr 2020 14:53 (UTC +04:00)
Ağdaşda karantin qaydalarını pozan çay evi aşkar olunub

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, çay evini icarə əsasında işlədən Fərid Nəbizadə Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti