...

Kolumbiyada kiçik təyyarə qəzaya uğrayıb

Hadisə Materials 9 Yanvar 2021 07:38 (UTC +04:00)
Kolumbiyada kiçik təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Kolumbiyanın mərkəzi hissəsində kiçik təyyarə qəzaya uğrayıb.

Trend TASS-a istinadən xəbər verir ki, hadisə zamanı pilot həlak olub.

Bildirilir ki, ölkənin mərkəzində yerləşən Tolima departamentindən Boqota istiqamətində havaya qalxan özəl təyyarə, Boxac bələdiyyəsi ərazisində radarlardan itib. Daha sonra xilasetmə xidmətləri qəzaya uğrayan təyyarəni aşkar ediblər.

Digər ölən və yaralananlar barədə məlumat verilmir.

Səlahiyyətlilər istintaqa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti