...

Bakıda qanunsuz fəaliyyət göstərən moda evi aşkar edilib (VİDEO)

Hadisə Materials 13 Yanvar 2021 16:44 (UTC +04:00)
Bakıda qanunsuz fəaliyyət göstərən moda evi aşkar edilib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti