...

Cəlilabadda narkotacirlər saxlanıldı

Hadisə Materials 11 Fevral 2021 16:47 (UTC +04:00)
Cəlilabadda narkotacirlər saxlanıldı

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Ələsgərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Aparılan araşdırmalarla E.Ələsgərova narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini R.Fərəcov olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin narkotik vasitə və psixotrop maddəni R.Fərəcova satan şəxsin Cəlilabad şəhər sakini İ.Hüseynli olduğu müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti