...

Biləsuvarda "Mercedes" aşaraq alışıb, xəsarət alan olub

Hadisə Materials 15 Fevral 2021 00:48 (UTC +04:00)

Bakı. Trend:

Biləsuvar rayonunun Səmədabad kəndində "Mercedes" markalı minik avtomobili dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Hadisə zamanı müxtəlif xəsarətlər alan sürücü yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti