Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Xəbər 21 Fevral 2021 22:01 (UTC +04:00)

Bakı. Trend:

Gəncədə yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin döşəməsi 1 m² sahədə və giriş qapısının taxtadan ibarət çərçivəsi qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:

Xəbər lenti

Xəbər lenti