...

Bakıda avtobus minik maşını ilə toqquşub, xəsarət alan var

Hadisə Materials 18 İyun 2021 17:26 (UTC +04:00)
Bakıda avtobus minik maşını ilə toqquşub, xəsarət alan var

Bakı. Samir Əli - Trend:

Bakıda avtobus minik avtomobili ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti