...

Şabranda narkotik tərkibli bitkilər aşkarlanıb (FOTO)

Hadisə Materials 6 İyul 2021 20:13 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəvəçi kənd sakini Telman Balaqədəşov saxlanılıb.

Ona məxsus yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti