Gəncədə yabanı çətənə kolları məhv edilib

Hadisə Xəbər 7 İyul 2021 10:18 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gəncə çayının sol sahilində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 1306 kiloqramdan artıq olan, 40201 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti