...

Bakıda üçmərtəbəli evdə yanğın olub

Hadisə Materials 11 İyul 2021 07:53 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli fərdi evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan üçmərtəbəli evin 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti