Filippində 5,4 bal gücündə zəlzələ olub

Hadisə Xəbər 18 İyul 2021 08:36 (UTC +04:00)

Bakı. Trend:

Filippinin Cənub Davao vilayətində, Mindanao adasında 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in Filippinin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadən verdiyi məlumata görə, yeraltı təkanların ocağı 42 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti