...

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hadisə Materials 26 İyul 2021 14:55 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac və şaxta boyunca 15 p.m kabel yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 35 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti