...

Qubada avtomobil oğrusu saxlanılıb (FOTO)

Hadisə Materials 7 Avqust 2021 11:38 (UTC +04:00)
Qubada avtomobil oğrusu saxlanılıb (FOTO)

Bakı. Trend:

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov rayonun
Alekseyevka kənd sakininə məxsus “Vaz 2106” markalı avtomobili əvvəlcə
qaçırmış, daha sonra isə qəza törədərək hadisə yerindən qaçıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları
tərəfindən saxlanılıb. Araşdırmalan Quba RPŞ tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti