...

Yük avtomobilində gizlədilən qanunsuz dərmanlar aşkarlanıb

Hadisə Materials 9 Avqust 2021 12:34 (UTC +04:00)
Yük avtomobilində gizlədilən qanunsuz dərmanlar aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə avtomobilin salonunda, yataq yerinin yanındakı divar içliyində və dartıcının yan ciblərində gömrük nəzarətindən gizlədilən 260 ədəd dərman preparatı aşkar edilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti