...

Sumqayıtda yaşayış binasında yanğın olub

Hadisə Materials 6 Sentyabr 2021 08:23 (UTC +04:00)
Sumqayıtda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və qoruyucu açar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti