Bakı. Trend:
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 90 kvadratmetr olan ikimərtəbəli evin mətbəxində qaz sobası və dolab 2 m² sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.