...

Qanunsuz nərə balığı satanlar cəzalandırılıb

Hadisə Materials 1 Noyabr 2021 14:04 (UTC +04:00)
Qanunsuz nərə balığı satanlar cəzalandırılıb

Bakı. Çingiz Səfərli

Xaçmazda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

Trend-in məlumatına görə, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Xudat şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı şəhər sakinləri Ramin Ağamalıyev və Elvin Yaqubov tərəfindən ovlanması qanunla qadağan olunmuş nərə balıqlarının satılması faktı aşkar olunub.

"Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbir görülüb".

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti