...

Sierra Leonedə yanacaq daşıyan avtomobil partladı: 200-ə yaxın ölü və yaralı

Hadisə Materials 6 Noyabr 2021 20:55 (UTC +04:00)

Bakı. Trend:

Sierra Leone paytaxtında yanacaq daşıyan avtomobilin partlaması nəticəsində azı 99 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Trend xəbər verir ki, şəhər meri öz Facebook səhifəsində bildirib ki, ölən və yaralılar tankerdən axan yanacağı toplamaq üçün avtomobilə yaxınlaşan zaman partlayış baş verib.

Qeyd edək ki, partlayışdan əvvəl yanacaqla dolu avtomobil yol nəqliyyat hadisəsi törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti