...

Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı

Hadisə Materials 30 Noyabr 2021 12:17 (UTC +04:00)
Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı

Bakı. Fərid Zöhrabov - Trend:

Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda 41 yaşlı Natiq Mamedov tikinti işləri aparan zaman minaya düşüb.

Trend İctimai TV-yə istinadla xəbər verir ki, N.Mamedovun minaya düşdüyü yerin görüntüləri yayılıb. Videoda həmin şəxsin sürünərək hadisə yerindən çıxmağa çalışması görünür. Görüntünü çəkən şəxslər minaya düşən kimi N.Mamedovun ayağını itirdiyini qeyd ediblər.

Xatırladaq ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Həmin videogörüntüləri təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti