...

Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb

Hadisə Materials 1 Dekabr 2021 13:05 (UTC +04:00)
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

XXX

11:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda metronun "Ulduz" stansiyasına yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə məişət tullantıları və quru ot yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti