...

Bakıda yaşayış binasındakı yanğın söndürülüb

Hadisə Materials 1 Dekabr 2021 12:08 (UTC +04:00)
Bakıda yaşayış binasındakı yanğın söndürülüb

Bakı. Humay Ağacanova - Trend:

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar NazirliyindənTrend-ə verilən məlumata görə, ilkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

XXX

11:57

Əlavə məlumat veriləcək.

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar NazirliyindənTrend-ə verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti