...

Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub

Hadisə 18 Yanvar 2022 18:32 (UTC +04:00)
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub

Bakı. Samir Əli - Trend:

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə oğurluq edilən binalardan birində elektrik işləmiş Azad Nəcəfov ifadə verib.

Şahid bildirib ki, məsələdən ötən ilin yanvar ayının 1-dən 2-nə keçən gecə xəbərdar olub: "Həmin vaxt Yasamal rayonunda yerləşən 22 mərtəbəli binada işləyirdim. Axşam saatlarında mühafizəçilər dedilər ki, binanın damında qəribə bir şey var. Yuxarı qalxanda gördük ki, damdan 12-ci mərtəbəyə kimi kəndir sallanır. Müəyyən etdik ki, bu, xüsusi alpinist kəndiridir. Aşağı düşdükdən sonra da Yasamal Rayon Polis İdarəsinə məlumat verdik".

Proses yanvarın 25-də davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının açıqladığı məlumata görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min ABŞ dolları nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib.

Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti