...

Bakıda sərnişin avtobusu ilə TIR toqquşub, xəsarət alan var (FOTO)

Hadisə 21 Yanvar 2022 09:44
Bakıda sərnişin avtobusu ilə TIR toqquşub, xəsarət alan var (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Binəqədi rayonu DSK yolu adlanan ərazidə “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, daşıyıcının verdiyi məlumata görə yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da qəza dayanma işıqlarını qoşmayıb.

Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb, lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti