...

Salyanda mağaza yanıb

Hadisə Materials 28 Yanvar 2022 09:39 (UTC +04:00)
Salyanda mağaza yanıb

Bakı. Trend:

Salyan rayonunda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ələt-Astara magistral avtomobil yolunun 60-cı kilometrliyində yerləşən, ümumi sahəsi 1000 kv.m olan birmərtəbəli mağazanın yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti