...

Sabunçuda iki yük avtomobili, Nizamidə minik avtomobili yanıb

Hadisə Materials 3 Fevral 2022 08:47 (UTC +04:00)
Sabunçuda iki yük avtomobili, Nizamidə minik avtomobili yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda “KamAZ” və "Shacman" markalı iki yük avtomobilnin kabinə hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə Bakı şəhərinin Nizami rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti