...

Mehdiabadda silah və narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 11 Fevral 2022 13:45 (UTC +04:00)
Mehdiabadda silah və narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş
əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bölməyə əvvəllər məhkum olunmuş Niyaməddin Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində silahı və narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini qeyd edib.

Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq
Şöbəsinə göndərilib. Faktla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti