...

İsmayıllıda məktəbdə qətl törədən şəxs saxlanıldı

Hadisə Materials 11 Fevral 2022 15:03 (UTC +04:00)
İsmayıllıda məktəbdə qətl törədən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayon Prokurorluğu məktəbdə törədilən qətl hadisəsilə bağlı məlumat yayıb.

İsmayıllı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti