...

Ruhi xəstə Ağsu məktəbində bomba həyəcanı yaşadıb

Hadisə Materials 4 May 2022 11:08 (UTC +04:00)
Ruhi xəstə Ağsu məktəbində bomba həyəcanı yaşadıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağsu rayonunda orta məktəblərin birində bomba həyəcanı yaşanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 4-də saat 04.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti