...

"Lotu Quli"nin adı ilə 12 milyon manatlıq əmlak ələ keçirən şəxs 14 il azadlıqdan məhrum olunub

Hadisə Materials 23 May 2022 12:56 (UTC +04:00)
"Lotu Quli"nin adı ilə 12 milyon manatlıq əmlak ələ keçirən şəxs 14 il azadlıqdan məhrum olunub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Vüsal Axundov 14 il azadlıqdan məhrum olunub.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsə 16 il cəza istəmişdi.

İttihama görə, Vüsal Axundov sahibkar əmisi oğlu Emin Axundovun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.

O, əmisi oğluna kriminal avtoritet "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti