...

Sabirabadda yanğın qeydə alınıb

Hadisə Materials 7 İyun 2022 23:21 (UTC +04:00)
Sabirabadda yanğın qeydə alınıb

Bakı. Trend:

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yenikənd kəndində ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin (doldurma palçıq və qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları, yaxınlıqda 2 ədəd traktor qoşqusunun təkərləri və qoşqulara yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi, traktor və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti