Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Radik Məmmədovun işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Məmmədov 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat zamanı R.Məmmədov idarə etdiyi avtomobillə birlikdə saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqram 496 qram heroin, 99 qram tiryək və 19 qram metamfetamin aşkar edilərək götürülüb.