...

Çində kimya zavodunda baş verən partlayış nəticəsində 6 nəfər itkin düşüb

Hadisə Materials 17 İyun 2022 06:37 (UTC +04:00)
Çində kimya zavodunda baş verən partlayış nəticəsində 6 nəfər itkin düşüb

Bakı. Trend:

Çinin şimal-qərbindəki Lançjou şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində 8 nəfər yaralanıb, daha 6 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə yerli CCTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 16-da axşam saatlarında baş verib. Hazırda həkimlər zərərçəkənlərə yardım edir, onlardan ikisinin vəziyyəti ağırdır.

Partlayış baş verən əraziyə xilasedicilər cəlb edilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti