...

Rusiyadan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 18 İyun 2022 12:48 (UTC +04:00)
Rusiyadan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Rusiyadan Azərbaycana qanunsuz dərman preparatlarının keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən xəbərə görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin müxtəlif saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1200 ampul dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti