Bakı. Trend:
Gəncədə qadının boğazını kəsərək qətlə yetirən şəxsin kimliyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə bildirib ki, iyun ayının 23-də günorta vaxtı Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub.
"Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A.Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir", - E.Qasımov deyib.