...

Bakının mərkəzi küçəsində baş verən partlayışın səbəbi araşdırılır (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 12 İyul 2022 00:11 (UTC +04:00)
Bakının mərkəzi küçəsində baş verən partlayışın səbəbi araşdırılır (VİDEO) (ƏLAVƏ OLUNUB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

XXX

00:00

Paytaxtın H.Z.Tağıyev küçəsində partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb.

Baş verən partlayışın səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti