...

ABŞ-ın Oreqon ştatında meşə yanğını 3400 hektar ərazini əhatə edib

Hadisə Materials 29 Avqust 2022 00:59 (UTC +04:00)
ABŞ-ın Oreqon ştatında meşə yanğını 3400 hektar ərazini əhatə edib

Bakı. Trend:

ABŞ-ın Oreqon ştatında meşə yanğını sürətlə yayılır, iki gündə yanğının sahəsi üç dəfə artaraq 3,4 min hektara çatıb.

Trend-in məlumatına görə, "InciWeb" fövqəladə hallar barədə xəbərdarlıq sistemində yanğınsöndürənlər tərəfindən açıqlanan məlumatlarda bildirilib.

Bildirilib ki, hazırda ştatın cənub-qərbində tüğyan edən yanğının mənbəyi avqustun ortalarında yaranıb, lakin yanğının aktiv yayılması bir neçə gün əvvəl başlayıb. Yanğın bir ev də daxil olmaqla üç binanı məhv edib.

Yanğınla mübarizə üçün 738 yanğınsöndürən göndərilib, yanğını söndürmək üçün aviasiyadan istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti