Bakı. Trend:
Londonun “Hitrou” hava limanında iki sərnişin təyyarəsi toqquşub.
Trend xəbər verir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.
"Fövqəladə hallar xidmətləri hava limanında iki təyyarənin iştirakı ilə insident baş verən yerdə çalışır. Tələfat barədə məlumat yoxdur", - deyə “Hitrou” nümayəndəsi bildirib.