...

Ötən sutka ərzində 19 yanğına çıxış olub -FHN

Hadisə Materials 17 Noyabr 2022 11:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib, yanğın zamanı 2-si azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, bağlı qapı arxasında aşkar edilən 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 4 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti