Ağdamda qanunsuz ov edən şəxslər müəyyən olunub

Hadisə Materials 21 Dekabr 2022 11:07 (UTC +04:00)

Bakı. Trend:

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağcabədi rayon sakinləri E.Əliyev, Ə.Qasımov və Ş.Həsənovun Ergi düzü ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti