...

Banqladeş vətəndaşı Bakı aeroportunda 20 pasportla saxlanıldı

Hadisə Materials 22 Dekabr 2022 10:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Hava Yolları"nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda 22 dekabr 01:05 radələrində keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.

Trend bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirmişdir. Habelə pasportlara baxış keçirən zaman Serbiya Respublikasının saxta vizaları da aşkar edilmişdir. Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanmış və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti