Bakı. Trend:
Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən
yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.
Daxilıi İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
araşdırmalarla müəyyən edilib ki, dekabrın 3-də saat 22 radələrində
rayon sakini, 1988-ci il təvəllüdlü Razi Ağayev idarə etdiyi
“VAZ-2107” markalı avtomobillə 1980-cı il təvəllüdlü Bəxtiyar
Rəsulovu vuraraq hadisə yerindən yayınıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə R.Ağayev məsuliyyətə
cəlb edilib.
Araşdırmalar davam etdirilir.