...

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından həbs edildi

Hadisə Materials 27 Yanvar 2023 11:58 (UTC +04:00)
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından həbs edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü vəzifəli şəxs kimi təqdim edərək külli miqdarda dələduzluğa cəhddə təqsirləndirilən Fərid Kərimlinin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs edilib.

İttihama görə, əvvəllər də məhkum olunmuş Kərimli Fərid Fərəməz oğlu Aygün Mirzəyeva 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.

F.Kərimliyə qarşı Cinayət Məcəlləsinin 29.178.3.2-ci (dələduzluğa cəhd) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti