...

Qubada qanunsuz kömür quyuları aşkar edilib (FOTO)

Hadisə Materials 6 Fevral 2023 12:02 (UTC +04:00)

Bakı. Trend:

Qubada qanunsuz kömür quyuları aşkar edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayon sakinləri Rahim Almasov və Qalib Məhsimov olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti