...

Cəzaçəkmə müəssisəsində məhkumun ölümü ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 13 Aprel 2023 13:19 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsində məhkumun ölümü ilə bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Cəzaçəkmə müəssisəsində məhkumun ölümü ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti