...

Yasamalda ev yanır

Hadisə Materials 15 Aprel 2023 12:57 (UTC +04:00)
Yasamalda ev yanır

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir:

"Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti