...

Abşeronda silahlı şəxs tutulub

Hadisə Materials 22 Aprel 2023 10:52 (UTC +04:00)

Bakı. Trend:

Abşeronda silahlı şəxs tutulub.

Trend xəbər verir ki, Rəhimov Namiq Oktay oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

Onun üzərində «Kalaşnikov» konstruksiyalı AKM modelli yivli-odlu, istifadəyə və atəşə yararlı avtomat döyüş silahı 30 ədəd patron aşkarlanıb.

Fakt üzrə Abşeron RPŞ-də CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rəhimov Namiq Oktay oğlu CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti