...

Bakıda toyda dava olub, bir nəfər bıçaqlanıb

Hadisə Materials 13 May 2023 10:20 (UTC +04:00)
Bakıda toyda dava olub, bir nəfər bıçaqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda toyda bıçaqlanma olub.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları 36-cı dalanda baş verib. 1992-ci il təvəllüdlü Alışov Əmrah Kalam oğlu toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Əsgərov Rəvan Həmidulla oğluna kürək nahiyəsindən daxilə nüfuz edən 1 bıçaq xəsarəti yetirib.

Faktla bağlı 11 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən Əmrah Alışov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti